Bioqrafiya
Arzu Abdullayeva 1988-ci ildən Azərbaycanda demokratik hərəkatın öncül sülh fəalı və konfliktoloqudur. Fəaliyyətinin əsas istiqamətləri sülhün qurulması, münaqişələrin həlli, insan hüquqlarının müdafiəsi və demokratiyanın inkişafıdır. O, 2000–2012-ci illərdə Helsinki Vətəndaş Assambleyasının (Helcinki Citizens Assembly - HCA) Beynəlxalq Həmsədri, 1992-ci ildən isə HCA-nın Azərbaycan Milli Komitəsinin sədridir. HCA Avropa, Yaxın Şərq və Mərkəzi Asiyada sülh, müxtəliflik və insan hüquqları uğrunda fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatları şəbəkəsidir. Onun töhfələri Olof Palme Beynəlxalq Sülh Mükafatı (1993), ABŞ–Aİ Demokratiyanın İnkişafı üzrə Marşal Mükafatı (1998) və Niderland Helsinki Komitəsinin Vətandaş Cəmiyyəti Mükafatı (2015) ilə tanınmışdır.
Tədqiqat maraqları
Sülh və Münaqişə Araşdırmaları, Müharibə və Sülh, Dağlıq Qarabağ Münaqişəsi, Cənubi Qafqaz, Gürcüstan, Azərbaycan, Ermənistan, İran Araşdırmaları, Yaxın Şərq.